Ana Sayfa Yazarlar 14.02.2018 88 Görüntüleme

“Valideynləri üçün əziz, cəmiyyət üçün ləkə övladlar”

Həyatda atdığınız bütün addımları valideynlərinizə borclusunuz.
O valideynlərə ki, hər bir çətinliklə sizi böyüdüb, yeməyib sizi
yedizdirib, övladlarının yaxşı, firavan bir həyat yaşaması üçün
 gecə-gündüz rəbbinə əl açıb dua ediblər.
Ey övlad, söylə, valideyn borcunu ödəyə bilərsənmi?
Аta-ana borcunu min il də çalışsan ödəmək olmur.
Çünki valideynlərin mükafatı cənnətdir, behiştdir. Onların qəlbinə
dəyməyin, kövrəkdir. Və bunu bilin ki, hər nə pislik etsəniz də sizi
və sizin kimiləri qəlblərindən çıxarıb atmazlar. Siz böyüyüb
boya-başa çatasınız deyə öz cavanlıqlarını, xoşbəxtliklərini qurban
edirlər.
Düşün, naxələf övlad! Evinə, ocağına layiq görmədiyin, “qoca”
adlandırdığın insan sənin cənnətə açılan qapılarındır. Utanma,
bezmə, lazımsız əşya kimi davranma! Valideynini evindən, isti
ocağından qoparıb qocalar evinə göndərmə! Ananın saçlarına,
gözlərinə bax! O saçlar sənin yolunda ağardılıb. O gözlərdə olan
nur sənin gələcəyinə işıq olub. Atanın əllərinin qabarına bax! O
qabarlar sənin yaxşı yeyib içməyin, yaxşı savad qazanmağın üçün
yaranıb.
Göndərdiyin qocalar evinin onlar üçün soyuq daş divarlardan heç
bir fərqi yoxdur. Valideynin qəlbini incitmə. Gözlərindən axan hər
bir damla yaşın babalı sənin boynunda olacaq. O isə elə ağır bir
yükdür ki, daşımaq heç də sənin üçün asan olmayacaq. Valideynlər
sizin üçün bir nemətdir. Süfrəndə olan ruzi-bərəkəti valideynlərinin
duası ilə qazanırsan. Lakin onlara bir tikə çörəyi belə çox görürsən.
Bilirsənmi, qocalar evində nə qədər atalar, analar öz övadlarının
yollarını gözləyir? Axı haradan biləsən, nəyinə lazımdır? Doğma
evindəykən onların qayğısını çəkməmisən, başını sığallayıb əlindən
 öpməmisən ki.
Valideynləri üçün əziz, cəmiyyət üçün ləkə olan övladlar,
valideynin ömrü sonsuz deyil. Unutmayın, siz də valideynsiniz və
ya olacaqsınız. Ata-ananızla etdiyiniz rəftarın 100 qat artığını
övladınız da sizə edəcək. Onu da yaddan çıxarmayın ki, həyatda
heç kəs heç nədən sığortalanmayıb.
Valideynlərini soyuq divar arxasından boylanmağa məcbur edən
övlad, vaxt gələr halallığa möhtac qalarsan. Allah hər şeyi görür,
 səbr edir. Bu dünyada valideynlərinizə etdiyiniz hər bir hərəkətin
mükafatı sizə qaytarılacaq.
Günel Ağayeva 

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Haber Sitesi | Uzman Tescil