Ana Sayfa Yazarlar 14.02.2018 50 Görüntüleme

SADƏCƏ SEV!

Gəl xəyal quraq. -Necə? Mən gerçək olmuşam. Səninlə bərabər addımlayıram. Sən onsuzda gerçəksən, axı?!. Düşün, bir az. İtiriləcək, görüləcək, yaşanacaq zamanı. Yaxşı. Mən elə əzəldən, sənlə birgə addımlayıram. Nələr yaşandığına deyil, nələr yaşayacağımıza baxaq. Addımlarını yerə bərk daya. Yarpaq kimi titrəyirəm, sənin qolundan tutum, əsən küləyə qalib gəlim. Bacaracam, bacardım söyləyim. Çətin olmaz, yəqin?!. Hə, bir də mənə xoş günlərdən müjdə ver. De ki, sən yaşayacaqsan, biz var olacayıq. Zülmətdə deyil. Qaranlıq səma ardında parlayan aydın sabah kimi. Məlhəm ol, ruhuma, canıma, əzablardan var olan yaralarıma. Sağalt məni öz düşüncən ilə. Mübarizə aparmağı mən sənə öyrətdiyim kimi səndə mənə öyrət. Məni necə sevirdinsə, elə sev. Zahiri görünüş, müvəqqətidi, söyləyirdin. Zahirən malik olduğum gözəlliyim əbədi yox olub, indi. Sevə bilərsən, məni? Bu cür. Gecə qaranlığı kimi uzun olan zülfüm yoxdu. Kamana bənzər o kipriklər yoxdu. Ətrafa baxarkən xoşbəxtlik şəfəqləri kimi parlayan gözlərim yoxdu. Bir biçarə mən, bir də mənimlə birgə addımlayan çarəsiz çarəm. Özün de, mənə çarə olarsanmı? Qadın gözəllik talismanıdı. Bilirəm. İtirilmiş gözəlliyimlə mənə aşiq ola bilərsən mi? Mən səni sevəndə hər bir halını nəzərə almadım ki, səndə məni o cür sev. Şərtsiz, səbəbsiz. Sadəcə sev! Sözlərim sənə əzab verməsin. Dedim axı yaralanmış qəlbimə məlhəm ol. Bu mənə bəs edər. Bacararsanmı? Özgə insanlardan duyduğum sevgini sən mənə hiss elətdir.

Günel Ağayeva

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

İlginizi çekebilir

‘Haydi Oradan ‘ hadsizler!

‘Haydi Oradan ‘ hadsizler!

Haber Sitesi | Uzman Tescil